AZ   |   RU
“Birləşmiş Ştatlar hərbi eskalasiyada maraqlı deyil”- Politoloq


“Amerika Birləşmiş Ştatları (ABŞ) bölgədə hərbi eskalasiyada maraqlı deyil. Ona görə də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün aktivlik nümayiş etdirir”. 


Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın səfəri də məhz buna xidmət edir: “Birləşmiş Ştatlar bu istiqamətdə Fransadan fərqli siyasət yürüdür. Ona görə də hesab edirəm ki, Birləşmiş Ştatlarla əlaqələr daha da irəliyə daşınmalıdır”. 


Missiya.Az



  • 1-07-2024, 15:45