AZ   |   RU
Türkiyədəki iğtişaşlardan sonra 70-ə yaxın adam saxlanılıb


Türkiyə hüquq-mühafizə orqanları uşağa təcavüzdə şübhəli bilinən suriyalının saxlanmasından sonra Kayseri şəhərində iğtişaşlarda iştirak edən 70-ə yaxın adamı saxlayıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

Xatırladaq ki, bazar günü Kayseridə iğtişaşlar polisin Suriya əsilli uşağa qarşı zorakılıqla bağlı Danişmentqazi rayonunda bir suriyalını saxlamasından sonra başlayıb. Uşaq qəyyumluq orqanlarına təhvil verilib. Yerlikaya uşağın kişinin qohumu olduğuna aydınlıq gətirib, araşdırmalara başlanılıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 1-07-2024, 15:43