AZ   |   RU
“Azərbaycanda istehsal edilən yanacaq indiyə qədər “Avro-2” tələblərinə cavab verirdi”


“Avropa İttifaqında dizel yük maşınları üçün “Avro-5” ekoloji standartı hələ 2008-ci ildə, minik avtomobilləri üçün isə 2009-cu ildə tətbiq edilib. ABŞ-də onun analoqu - MSAT-2 standartıdır”. 


Missiya.Az xəbər verir ki, bunu ekspert İlham Şaban deyib. O, bildirib ki, Rusiyada 2014-cü ildən “Avro-4” yanacaq keyfiyyəti standartları, 2016-cı ilin yanvarından isə “Avro-5” standartları tətbiq edilməyə başlanılıb: “Azərbaycanda istehsal edilən yanacaq indiyə qədər “Avro-2” tələblərinə cavab verirdi. Qeyd edim ki, Avropada bu standart 1995-ci ildə tətbiq edilməyə başlamışdı. Xəzəryanı 5 ölkə içərisində indiyə qədər ən aşağı keyfiyyət parametrində yanacaq istehsalı Azərbaycanda mövcud olub. Ona görə də hazırda dizel (istehsal 2023-cü ilin mayında başlayıb), Ai-92 (2024-cü ilin aprelində) və Ai-95 (indi başlayıb) markalı yanacaqların “Avro-5” standartlarına keçirilməsi Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir”. 


Missiya.Az



  • 1-07-2024, 15:08