AZ   |   RU
Bu klubun yarımmüdafiəçisi azad agent olub


İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxi Roberto rəsmən azad agent olub.

Missiya.Az
 xəbər verir ki, futbolçu klubla müddəti iyunun 30-da başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.

32 yaşlı yarımmüdafiəçi ilə "İnter" və "Jirona" klubları maraqlanır.

S.Roberto ötən mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 1-07-2024, 11:11