AZ   |   RU
Ərdoğan Türkiyənin ilk astronavtını qəbul edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk astronavtı Alper Gezeravcını qəbul edib.


Missiya.Az xəbər verir ki, bu barədə “Trt Haber” məlumat yayıb.


Gezeravcı Beynəlxalq Kosmik Stansiyada (BKS) keçirdiyi 18 gün ərzində yanında olan Türkiyə bayrağını və üzərində “Türkiyənin ilk insanlı kosmos missiyası” yazılan şərfi prezident Ərdoğana təqdim edib.

Ərdoğan isə Gezeravcıya saat hədiyyə edib.

Qəbulda prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da olub.

Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiyadakı missiyasını başa vuran Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu gün vətəninə qayıdıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 12-02-2024, 15:30