AZ   |   RU
“Urals” neftinin qiyməti bu il 40%-dək azalıb


Bu ilin aprel ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 58,63 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin aprel göstəricisi (70,52 dollar) ilə müqayisədə demək olar ki 1,2 dəfə azdır.

Missiya.Az xəbər verir ki, bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu ilin mart ayının göstəricisi (47,85 dollar) ilə müqayisədə apreldə “Urals” neftinin qiyməti 22,5% artıb.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-aprel aylarında “Urals” neftinin orta qiyməti 51,05 dollar təşkil edib, bu da illik müqayisədə 39,7% azalma deməkdir.




  • 2-05-2023, 17:22