AZ   |   RU
Konqresin Nümayəndələr Palatası ehtiyatda olan neftin Çinə satışını qadağan edən qanunu qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın strateji ehtiyatından Çinə neft satışına qadağa qoyan qanun layihəsini təsdiqləyib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, qanunun lehinə 331, əleyhinə 97 nəfər səs verib.

Sənəd noyabrda keçirilən aralıq seçkilərinin nəticələrinə görə 118-ci Konqresin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmiş ABŞ-ın Respublikaçılar Partiyasının təşəbbüsü ilə hazırlanıb.

Hakim Demokrat Partiyasından olan 97 deputat qanun layihəsinin əleyhinə olsa da, Nümayəndələr Palatasının 113 demokratı sənədi dəstəkləyib.

Bununla belə, Konqresin işini işıqlandırmaq üzrə ixtisaslaşan “The Hill” qəzetinin fikrincə, hazırkı təşəbbüs çətin ki, qanun kimi qüvvəyə minsin.

Qəzetin proqnozlarına görə, sənəd demokratların nəzarətində olan Konqres Senatından keçə bilməyəcək.


  • 12-01-2023, 23:17