AZ   |   RU
Bakı Fond Birjasının dövriyyəsi 4%-dən çox azalıb

Bakı Fond Birjasında (BFB) bu ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,949 milyard manat olub.

Missiya.Az
"APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə BFB-dən məlumat bildirilib.

Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,3% azdır. Belə ki, 2021-ci ilin birinci yarısında Birjada qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8,303 milyard manat təşkil etmişdi.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 157 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 6 dəfəyə yaxın, korporativ istiqrazlar üzrə (ipoteka istiqrazları istisna olmaqla) ilkin bazar əməliyyatlarında isə 100 dəfəyə yaxın artım müşahidə olunub.

2022-ci ilin iyun ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,127 milyard manat təşkil edib.


  • 1-07-2022, 15:18