AZ   |   RU
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edildi

Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan ədalət mühakiməsinə mane olmaqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Missiya.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.


Məhkəmənin qərarı ilə ona 2 il dövlət vəzifəsində işləmək də qadağan edilib. 


Hökmə əsasən, Vardazaryan 2019-cu ildə öz ofisinin səlahiyyətlərindən istifadə edərək Lori Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Andranik Simonyanın ədalət mühakiməsini həyata keçirməsinə mane olub.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 12:29