AZ   |   RU
Putin Si Cinpinlə telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.


"Avqustun 8-də Çin Prezidenti Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Çin lideri söhbət zamanı ölkələr arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib",- deyə məlumatda bildirilib.


Telefon danışığının digər təfərrüatları hələlik məlum deyil.


Xatırladaq ki, Rusiya lideri bu gün Qazaxıstan və Özbəkistan prezidentləri ilə də danışıqlar aparıb.


Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:47