AZ   |   RU
Tramp avqustun 11-də Romada Putinlə görüşə bilər - KİV

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş avqustun 11-də baş tuta bilər.


Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” danışıqlarla tanış olan mənbəyə istinadən məlumat yayıb.


Bildirilib ki, liderlər arasında mümkün görüş üçün yer Roma nəzərdən keçirilir.


Qeyd olunub ki, bununla belə, görüş bu həftənin sonunda baş tutsa, Roma hələ də bir seçim olaraq qalır, baxmayaraq ki, Avropanın digər ölkələri də nəzərdən keçirilir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:52