
Pensiya yaşının təyini hər ölkədə fərqli şərtlərlə müəyyən edilir. İşçi qüvvəsi təklifi, gözlənilən ömür uzunluğu, qocalmanın maliyyə xərcləri, peşənin təbiəti və işçilərin sağlamlığından asılı olaraq bir ölkədən digərinə fərqlənir.
Missiya.Az bəzi ölkələrdəki təqaüd yaşı və pensiya məbləğini araşdırıb. Bununla bağlı məlumatları təqdim edirik:
İnsanların dünyanın hər yerindən daha gec pensiyaya çıxdığı ölkə Liviyadır. Burada həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 70-dir. Hökümət bu göstərici sayəsində liviyalıların öz bacarıq və təcrübələrini iqtisadiyyata töhfə verdiklərini bildirir.
Müqayisə üçün qeyd edək ki, əksər ölkələrdə pensiya yaşı 60-65 arasındadır ki, bu da insanlara işdən sonra həyatdan zövq almaq üçün daha çox vaxt verir. Orta ömür uzunluğunun təxminən 73 il olduğu Liviyada 70 yaşında təqaüdə çıxmaq istirahət və dincəlmək üçün cəmi bir neçə ilin qaldığına işarətdir.
İtaliya, Avstraliya, Hollandiya, Yunanıstan, Danimarka, İslandiya kimi ölkələr dünyada ən yüksək pensiya yaşı olan ölkələr siyahısında ikinci yeri bölüşür.
İtaliyada pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 67 yaş müəyyən edilib ki, bu da əhalinin qocalması fonunda ölkənin pensiya sistemini saxlamaq səylərini əks etdirir. İtalyanlar Avropanın ən səxavətli pensiya proqramlarından birindən faydalanır, lakin gözlənilən ömür uzunluğu artdıqca sistem maliyyə sıxıntısı ilə üzləşir. Yüksək yaş hədində olan ölkədə buna baxmayaq orta ömrü təxminən 83 ildir və təqaüdçülərə işdən sonrakı həyatlarından zövq almaq üçün bir müddət vaxt verir. Müvafiq ölkələr arasında Yunanıstanda vəziyyət bir qədər fərqlidir. Belə ki, burada 67 yaşında tam pensiya almaq üçün ən azı 15 il (4500 iş gününə bərabər) pensiya planına töhfə verməlisən. Əgər bir işçi də ən azı 40 il (12.000 iş günü) pensiya planına töhfə verərsə, 62 yaşında təqaüdə çıxa və tam pensiya ala bilər.
ABŞ-də isə Sosial Təminat Administrasiyasının məlumatına görə, hazırkı pensiya yaşı 1960-cı il və ondan sonra doğulmuş şəxslər üçün 67 yaşdır.
Əgər 1943-1954-cü illər arasında anadan olmusunuzsa, pensiya yaşınız 66 yaş, 1955-ci il üçün pensiya yaşı isə 66 il iki aydır. 1955-ci ildən etibarən pensiya yaşı 1959-cu ilə qədər hər il ardıcıl olaraq iki ay artırılır.
Qeyd edək ki, İspaniya və Portuqaliyada pensiya yaşı bir qədər aşağıdır - həm kişilər, həm də qadınlar üçün müvafiq olaraq 66,5 və 66,3 yaş müəyyən edilib. İrlandiya Almaniya, Böyük Britaniya və Tayvanda isə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı hal-hazırda 66-dır. Yaponiyada 64, Türkiyədə isə kişilər üçün 60, qadınlar üçün isə bu həd 58 müəyyənləşib.
Vətəndaşlarını ən tez pensiyaya çıxaran ölkələr isə Banqladeş, İndoneziya və Şrilankadır. Yaş hədlərinə gəldikdə müvafiq olaraq 59, 58 və 55-dir.
Azərbaycanda isə son dəyişikliklərdən sonra qadınlar üçün 64, kişilər üçün isə bu hədd 65 il olaraq müəyyənləşdirilib.
İlahə Qənbərli
Missiya.Az