AZ   |   RU
Azərbaycan "SpaceX"lə əməkdaşlıq perspektivlərini müzakirə edib

 

Azərbaycanla "SpaceX" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX"lə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik-təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.




  • Bu gün, 11:08