AZ   |   RU
İranda qatar relsdən çıxdı - 30 nəfər xəsarət alıb

İranın cənubunda qatarın relsdən çıxması nəticəsində azı 30 sərnişin xəsarət alıb. 


Missiya.Az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.


Bildirilib ki, qəza Kerman-Zərənd dəmir yolu xəttində baş verib.


Qatarda 450 sərnişin olub və onlar avtobuslarla yola davam ediblər. 


Hazırda qəzanın səbəbləri araşdırılır.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:42