AZ   |   RU
“Tramp Zelenskini güzəştə getməyə məcbur edəcək” - Böyük Britaniyanın sabiq müdafiə naziri

“ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini danışıqlarda güzəştə getməyə məcbur edəcək”.


Missiya.Az xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles deyib.


O, Fransa və ya Böyük Britaniyanın Ukrayna münaqişəsi üzrə sülh prosesində iştirakını zəruri hesab etdiyini vurğulayıb.


Uolles qeyd edib ki, həm Tramp, həm də Rusiya Prezidenti Vladimir Putin daim başqalarına təzyiq göstərirlər. 


Bununla bağlı o, iki lider arasındakı qarşıdurmanın Zelenskini düzgün nəticəyə aparacağına şübhə etdiyini bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:29