b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1597919039_03634879-94c4-3805-ac8e-180f0de302b4_994.jpg
Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
 
Qurumun Mətbuat xidmətindən Missiya.Az-a daxil olan açıqlamada deyilir:
 
Ölkəmizdə həyata keçirilən çoxşaxəli və sistemli islahatlara mane ola biləcək korrupsiya və sair neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində prokurorluq orqanlarının qətiyyətli və ardıcıl tədbirləri davam etdirilir. 
 
Həmin tədbirlərdən biri kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil  və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
 
Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, "Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilmişdir. 
 
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları  tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Hazırda Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.





28 Oktyabr 2020 Düşmənin atıb qaçdığı hərbi texnikasının görüntüləri - VİDEO
13 Oktyabr 2020 Müdafiə Nazirliyi Hadrutdan görüntülər yaydı - VİDEO
09 Oktyabr 2020 Türk jurnalistlər Cəbrayil rayonundan unikal kadrlar çəkib - VİDEO
07 Oktyabr 2020 Canlı yayımda Ermənistandan raket atıldı, Ordumuz dərhal məhv etdi - VİDEO
30 Sentyabr 2020 Düşmənin ehtiyat qüvvələrinin məhv edildiyi görüntülər - ANBAAN VİDEO
24 Sentyabr 2020 Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO
01 Sentyabr 2020 “Xan” “Lotu Quli”ni öldürdükdən sonra belə qaçıb - VİDEO
31 Avqust 2020 Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
26 Avqust 2020 Azərbaycanda ödənişli yol - Pulunu ver, saatda 120 km-lə sür - VİDEO
11 Avqust 2020 Azərbaycanlı cütlük karantin şəraitində belə evləndi - VİDEO
08 Avqust 2020 Sumqayıtda hamilə qadın dənizdə batdı - Hadisə yerindən VİDEO
28 İyul 2020 Yeni Təhsil naziri ailə üzvləri ilə birlikdə - VİDEO
22 İyul 2020 ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - FOTO
17 İyul 2020 Azərbaycanlılarla ermənilər arasında əlbəyəxa dava - Yaralı var - VİDEO
11 İyul 2020 Şəruru sel basıb: yollar və körpülər dağılıb - VİDEO
24 İyun 2020 AzTV-nin aparıcısı koronavirusa yoluxub - VİDEO
10 İyun 2020 Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO
01 İyun 2020 Polisdən nümunəvi addım: Yolu bağladı, yaşlı piyadaya kömək etdi - VİDEO
30 May 2020 Bakıda “Taxta bazarı”nda yanğın - VİDEO
15 May 2020 90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü - VİDEO