AZ   |   RU
Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb


Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib.


Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın tam məhdudlaşdırılıb və tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub




  • 15-07-2025, 20:35