b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_DSVCFGFH.JPG

Müğənni Damla son vaxtlar barəsində yayılan xəbərlərlə bağlı müsahibə verib.

Missiya.Az Damlanın azmedia.az-a verdiyi müsahibəni təqdim edir: 

Damla xanım ilk öncə yeni klipinizlə bağlı təbrik edirik sizi. Mətbuat konfransı zamanı siz qeyd etdiniz ki, keyfiyyətli iş təqdim etmək üçün türkiyyəli rejissorlarla işləmək məcburiyyətində qaldız. Növbəti kliplərinizdə bəs necə türkiyyəli rejissorlarla işləyəcəksiz ya azərbaycanlı rejissorlarla?

Təbii ki, planda  var. Allah qismət eləsin niyə də olmasın. Əlbəttə istəyərəm hər zaman dinləyicilərimə keyfiyyətli işlər təqdim edim. Niyə də istəmiyim ki.

Bilirik ki, siz hər zaman qalmaqallardan uzaq durmağa çalışırsız. Amma buna baxmayaraq yenə də adınız qalmaqallarda hallanır. Bunun səbəbi nədir?

Susuram danışırlar, mahnı çıxır danışırlar, klip çıxır danışırlar, konsert olur danışırlar, evdə sakit otururam danışırlar. Yəni, bu danışanları nə etmək olar, danışan onsuz da danışacaq. Onlara cavab versəm yenə də danışacaqlar. Mübarizə aparsam ikiqat danışacaqlar. Nə etsəm onsuz da danışacaqlar bunun çarəsi yoxdur.

Danışanlar sizin sənət yoldaşlarınızdımı? Yəni onlar sizin paxıllığınızımı çəkir sizcə?

Mən bilmirəm bunun  adı paxıllıqdırmı, acizlikdirmi, qısqanclıqdırmı, gözügötürməzlikdirmi. Mən bilmirəm kimlərdir, heç kimin haqqına da girə bilmərəm. Düşünürəm ki, hər kəs başını aşağı salıb öz işlərini görsələr, nə Damlaya vaxtı qalar danışmağa, nə ona nə buna. İşi olan adamın boş vaxtı olmur ki, kiminsə haqqında danışsın. Onlar boş adamlardı da mən neyniyim (gülür).

4-5 ay bundan əvvəl sizin İradə Mehri ilə aranızda qalmaqal baş vermişdi.  İradə xanım sizin “Sevmişdim” mahnınızın onun olduğunu iddia edirdi. Həmin qalmaqalın sonu necə oldu?

Xahiş edirəm ümumiyyətlə, bu mövzu haqqında danışmayaq.

Yəni, sizin haqqınızda yayılan bu videonun onunla bir əlaqəsi ola bilərmi? Düşünmək olarmı ki, İradə xanım sizdən qisas almaq üçün belə bir video yayıb?

Vallah bilmirəm. Nə şübhələnirəm, nə israrla demirəm odur, nə də o, deyil demirəm. Bilmirəm mən. Yenə də deyirəm, mən bilmədiyim bir şey haqqında danışa bilmərəm. Mənə şər atıblar, mənə böhtan atıblar mən bunu həzm edə bilirəm? Yox! Mən necə başqa bir xanıma şər, böhtan ata bilərəm? Mənim bununla bağlı əlimdə dəlilim, sübutum yoxdur. Bildiyim qədəri ilə ağır ürək əməliyyatı keçirdib, Allah şəfa versin, yastığı yüngül olsun və tez bir zamanda sağalıb ayağa qalxsın.

Son zamanlarda yaşanan hadisələr göstərdi ki, bir çox məşhurlar sizə dəstək oldu. Onların sizə dəstək olacağını gözləyirdinizmi? Və ya kimlərdən dəstək gözləyirdiz hansı ki, onlar dəstək olmadı. Yəni, elə biri varmı?

Yox, mən ümumiyyətlə, heç kəsdən heç nə unmuram. Çünki, həmişə fikirləşirəm ki, insandır, fikirli ola bilər, problemləri ola bilər, başı qarışıq ola bilər. Vacib deyil ki, elə hamı yazıb mənə dəstək olmalıdır. Zəng edən sənət dostlarım da oldu, şəkil paylaşmayıb dəstək olan dostlarım da oldu. Sağolsunlar.

Bir çoxları sizin oxuma tərzinizi bəyənmir, təhqir edirlər, deyirlər ki, siz hər zaman bayağı mahnılar ifa edirsiniz. Amma siz hər zaman bu mövzularda susma mövqeyində dayanırsız. Bunun səbəbi nədir? Elə insanları məhkəməyə verərsinizmi?

Mən sənətçiyəm, indi də gedim ali orqanları gəzim, sora keçim məhkəməyə, daha sonra ali məhkəməyə, daha sonra apellyasiya məhkəməsinə. Elə işim gücüm məhkəmələri gəzmək olacaq. Bunu cəzalandırım məhkəməyə verim, onu cəzalandırım məhkəməyə verim. Bəs mənim işlərimi kim görsün? (gülür)

İnanın heç ağlımın ucundan da keçmir kimisə məhkəməyə verim. Məhkəmə qapılarını döyməkdə itirdiyim zamanı, daha keyfiyyətli işlərə sərf edərəm.

Biraz da sizin çəkildiyiniz “Vəziyyət rusca” filmindən danışaq

Bəli, komediyia janrındadır. Baxsanız, o qədər güləcəksiniz çünki, bizim bir kadrımız bəlkə də 4-5 dəfəyə çəkilib.

Filmdə ən çətin kadrlar hansılar idi? Hansı ki, siz o səhnədə çətinlik çəkdiniz?

Soyuducudan çıxan buz bağlamış toyuğu başıma atmışdılar. Düzü, zədələnmədim amma ağır toyuq hər dəfə başıma dəyirdi. Çox güləcəksiniz, filmdə doqquz qardaşın bir bacısıyam.  Həyat yoldaşı üstünə qışqıran kimi, qardaşlarını həmin dəqiqə çağıran bir qız (gülür).  Yəni, həyatdakı Damlaynan əlaqəsi olmayan bir xanımdır.

Bəs həyatdakı Damlanın yaşam tərzi elə olsaydı necə, dözə bilərdi?

Qəti yox! Mən həyatda elə ola bilmərəm. Yaxşı ki, elə deyil! Çünki, mən söz-söhbətdən uzaq olan biriyəm.  Evim, otağım, öz işçi komandam, yeməyimi yeyim, çayımı içim, studiama gedim, toyuma gedib mahnı oxuyum, konsert olsun daha sonra gəlim yatım. Sakit həyat tərzi sürməyi sevirəm.

Gələcəkdə nə planlarınız var? Filmlə və ya klipnən bağlı? Yeni işlər olacaqmı?

Film ola bilər, fikrimizdə var. Klip hələ ki, yox çünki, başımız konsertlərə qarışıb. Ayın 20, 21, 22 konsertlərimiz olacaq.

Gördüyümüz qədəriylə siz hər zaman jurnalistlərin yanında olursuz, daima olara dəstək olursuz. Kliplərinizdə niyə onlara yer ayırmırsınız? Və ya fikrinizdə belə bir idea varmı?

Fikrimdə yox idi amma, qəşəng idea verdiniz mənə. Həqiqətən, mənə çox gözəl idea verdiniz bunu, mütləq dəyərləndirəcəm. Hətta, bir yox bir neçə jurnalist də ola bilər.

28 Avqust 2019 Həyat yoldaşı Rəşad Dağlıdan boşanır - SƏBƏB
27 Avqust 2019 Şəbnəm biabır oldu - CANLI EFİRDƏ
07 Avqust 2019 "Fəlakət"dən boşanma xəbərinə sərt reaksiya - FOTO
24 İyun 2019 Dilarə ilə Oqtay Əliyevin qızının toyundan - VİDEO
19 İyun 2019 Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü - VİDEO
18 İyun 2019 "Sizi yox, sizi tərbiyə edən valideynləri qınayıram" - Pərvin Abıyeva
14 İyun 2019 Flora Kərimova: “Qızım düşmənlərin tərəfini saxlayır”
29 May 2019 Natavan oğlunun videosunu paylaşdı - VİDEO
23 May 2019 Evlənəcəyim adamın yoldaşı rəhmətə gedib — Meyxanaçı Samirə ƏRƏ GEDİR - VİDEO
22 May 2019 "Camaatın qızını bazarda satırlar?" - Tolik
20 May 2019 “Ərimə yazan qızı salaram ayağımın altına” – Zenfira
13 May 2019 Niyam Salami narkotik çəkdiyini etiraf etdi: "Görün, harada böyümüşəm?" - VİDEO
26 Aprel 2019 Ailə qurmaq istəməyən Aysundan gənc oğlanlara MESAJ - VİDEO
22 Aprel 2019 "Orta məktəbi bitirmiş bir tələbə olmuşam" - Şəbnəm
10 Aprel 2019 ANS-in ulduzu ərə gedir - VİDEO
04 Aprel 2019 Damlanı yıxıb-sürüdü: "Yekəxana, işi düşəndə gəlir"
11 Mart 2019 “Hüseyn Dəryanın yeganə övladı Ayşədir” – Reperin bacısı
04 Mart 2019 Oksana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirib
21 Fevral 2019 Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
18 Fevral 2019 "Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər