b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546863954_719101.jpg

Rejissor Kənan Mahmudovla aparıcı İlkin Həsəni arasında yaranan qalmaqal səngimək bilmir.

Missiya.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir-birini tənqid edən, hətta söyüşlərin yazıldığı statusdan sonra Kənan daha bir açıqlama yayıb. 

O, İlkinə yazdığı "Dəfələrlə "razborka"larında səni şapalaqlanmaqdan qorumuşam" rəyinə aydınlıq gətirib. Rejissor mərhum xalq artisti İlhamə Quliyevanın mühafizəçisinin vaxtı ilə İlkini "razborka"ya çağırdığını qeyd edib:

"2002-2003-cü illər olardı, mən hələ təzə-təzə tanınırdım, bir dostumu internətdə söymüşdülər. "Əhmədli" metrosunun yanına hardasa 15-ə yaxın dost-tanışla məsələni həll etməyə getdik, həll olundu. Daha sonra Allah rəhmət eləsin, hər kəs bilir ki, İlhamə Quliyeva qalmaqallı sənətçimiz olub. 2005-ci ildə onun haqqında nəsə xoşagəlməz süjet hazırlanmışdı və aparıcı da elə həmin dost bildiyim oğlan idi. İlhamə xanımın İlqar adında cangüdəni onu (İlkin Həsəni) söhbətə çağırmışdı, həmin şəxs silahlı və içkili idi.

 

Dostluq mənim üçün müqəddəs amildir, təbii ki, dovşan dostumuz gəcə saat 3-də mənə dedi və mən tək getdim, dostum isə maşında oturdu. Sağ olsun, İlqar məni anladı, haqsız olduğumuz halda söhbəti bağladıq, dostumun gözlərindəki sevinc hələ də yaddaşımdan getmir. Elə bil dünyaları ona vermişdilər. Bu, mənə yetərdi. Mənim dünyamda güclü-gücsüz insan yoxdur, haqlı-haqsız insan var. Mən yıxanın yox, yıxılanın yanındayam. Həyatda illər keçdikcə biz insan olaraq çox şeyləri unuduruq. Amma, guya, unutmuşuq kimi yaşayırıq. Unutmağın adı isə nankorluq, ikiüzlülük və nakişilikdir. Bu olayların baş qəhrəmanı hamının "Şəmi müəllim" kimi tanıdığı İlkin Həsənidir".

11 Mart 2019 “Hüseyn Dəryanın yeganə övladı Ayşədir” – Reperin bacısı
04 Mart 2019 Oksana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirib
01 Mart 2019 Damla: “Mən söz-söhbətlərdən, qalmaqallardan uzaq olan biriyəm”
21 Fevral 2019 Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
18 Fevral 2019 "Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
05 Fevral 2019 “Başdan ayağa silikonsan” - Müğənni ilə aparıcı qırğına çıxdı - VİDEO
29 Yanvar 2019 Azərbaycanlı aparıcı Rahib Azərinin oğlu ilə nişanlandı - FOTOLAR
25 Yanvar 2019 "Nəvəm İstanbulda itmişdi" - Mətanət İsgəndərli
22 Yanvar 2019 Əli Mirəliyevin ARB-dəki qalmaqallı açıqlamasına reaksiya - VİDEO
21 Yanvar 2019 "Özümə maya qoydum, 35 yaş cavanlaşdım" - Əməkdar artist
14 Yanvar 2019 "Bu qədər çəkili qız, belə qısa geyinməli deyil" - "Sənə şalvar almaq istədim" - VİDEO
10 Yanvar 2019 Könül Xasıyevanı belə parodiya edən olmamışdı - VİDEO
28 Dekabr 2018 Azərbaycanlı xanım müğənni leytenant oldu - VİDEO
26 Dekabr 2018 İlkin Misgərli ata oldu - FOTO
21 Dekabr 2018 ​​​Dilarə Əliyevadan “Söhbət var” – VİDEO - FOTO
18 Dekabr 2018 Elza Seyidcahanın İnstaqram-ı bloklandı: “Lənətə gəlmişlər”
14 Dekabr 2018 Sibel Can Ruhi Əliyevanı evində qonaq edib - FOTO
13 Dekabr 2018 Üz dolğu, şişirdilmiş dodaqlar - Azəri qızı Günelin son halı - FOTO
12 Dekabr 2018 Rəqsanə polis rəisindən 419 min manat borc alıbmış - Evi əlindən alınır
12 Dekabr 2018 Rafet El Roman azərbaycanlı müğənni ilə duet oxuyub - FOTO