AZ   |   RU
Ermənistandan Rusiyaya daha bir çağırış - "Daxili işlərimizə qarışmayın"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb. 


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, Mirzoyan bunu İrəvanda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ilə keçirdiyi birgə mətbuat konfransında Lavrovun Ermənistandakı vəziyyətlə bağlı sözlərini şərh edərkən deyib.


"Mətbuat konfransından əvvəl mən hörmətli həmkarım Lavrovun şərhi ilə tanış ola bildim. Cənab Lavrovun məlumatları düzgün deyil. Səhv etmirəmsə, o, hakimiyyətin kilsəyə qarşı mübarizəsi ifadəsini işlədib. Lavrovun məlumatı reallıqla üst-üstə düşmür”, - deyə siyasətçi bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:12