AZ   |   RU
“Kreml Azərbaycanın Rusiya tədbirlərini ləğv etmək qərarından təəssüflənir” - Peskov

“Moskva Yekaterinburq hadisələri ilə əlaqədar Bakının Rusiya ilə bağlı mədəni tədbirlərini ləğv etmək qərarından təəssüflənir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.


"Biz qəbul edilmiş qərarlardan təəssüflənirik. Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işi davam etdirmək vacibdir", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:03