AZ   |   RU
“Azərbaycan ərazisindən bizə hücum edilməyib” - İran XİN

“İstisnasız olaraq bütün qonşu ölkələr bizi əmin etdilər ki, “sionist rejimin” İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklər”.


Missiya.Az “Snn.ir” saytına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransı zamanı jurnalistin İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi sualına cavab verərkən deyib.


“Mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, qonşu ölkələr Tehranı gələcəkdə öz ərazilərindən İrana hücum edilməyəcəyinə əmin ediblər. 


Bəqai qeyd edib ki, Silahlı Qüvvələr, təhlükəsizlik və hərbi orqanlar hər bir hadisəni mütləq izləyəcək və diqqətlə məlumat verəcəkdir.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:56