AZ   |   RU
Ərdoğan: NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək


Gələn il NATO sammiti Ankarada təşkil olunacaq.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

“Haaqada keçirilən son sammitdə bizim üçün əhəmiyyətli bir qərar qəbul edildi – növbəti sammit ölkəmizdə keçiriləcək. Türkiyə 2026-cı ilin iyul ayında NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Biz alyans liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərarların qəbul olunması üçün zəmin hazırlayacağıq”, – deyə Ərdoğan bildirib.



  • Dünən, 23:57