b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_sdqweqe.jpg

AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verilib. 

Missiya.Az xəbər verir ki, QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. 

Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar.
 
Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

 

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.



16 Yanvar 2021 Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
16 Yanvar 2021 Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü
15 Yanvar 2021 Yoluxanların sayı bu gün də azaldı
15 Yanvar 2021 Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu ötdü
14 Yanvar 2021 “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
14 Yanvar 2021 Koronavirusla bağlı SON STATİSTİKA
13 Yanvar 2021 BNA-nın yeni layihəsi test rejimində işə salındı - VİDEO
13 Yanvar 2021 Yoluxanların sayı azaldı
13 Yanvar 2021 Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə
12 Yanvar 2021 Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
12 Yanvar 2021 Şagirdlərin qış tətili olacaqmı? - Nazirlikdən açıqlama
09 Yanvar 2021 Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
09 Yanvar 2021 Qubadlının Muradxanlı kəndindən görüntülər
09 Yanvar 2021 Bu peyvənd 16 mutasiyaya qarşı təsirlidir
08 Yanvar 2021 Qarabağda həyat canlanır: Yeni “DOST” Mərkəzləri və... - RƏSMİ
08 Yanvar 2021 Yaşat Fonduna qazilər və şəhid ailələri işə götürülüb - SİYAHI
08 Yanvar 2021 “YAŞAT”a daxil olan ümumi vəsaitin məbləği açıqlanıb
08 Yanvar 2021 2021-ci ilin sonuna kimi maskada olacağıq
07 Yanvar 2021 TƏBİB: Vaksinin birinci dozası vurulduqdan 14-21 gün sonra ikinci doza vurulacaq
07 Yanvar 2021 Azərbaycanda daha 685 nəfərdə koronavirus aşkarlanıb