b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_poliha.jpg

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Missiya.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır.  Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.


15 Oktyabr 2020 Sabaha olan hava proqnozu açıqlandı
14 Oktyabr 2020 “Haber Global” AzTV ilə ortaq yayıma çıxıb - CANLI
13 Oktyabr 2020 Kəmaləddin Heydərov: Dağılmış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək
13 Oktyabr 2020 Продолжаются работы по расширению автодороги до госграницы с Грузией - ФОТО
13 Oktyabr 2020 “Azəriqaz” İB-də kadr dəyişikliyi olub - SİYAHI
30 Sentyabr 2020 DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
28 Sentyabr 2020 Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
28 Sentyabr 2020 Azərbaycanda koronavirusda rekord azalma
27 Sentyabr 2020 Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27 Sentyabr 2020 Hikmət Hacıyev: "Azərbaycan Ordusu işğal olunmuş əraziləri geri alacaq"
25 Sentyabr 2020 Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
25 Sentyabr 2020 "Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
24 Sentyabr 2020 500 baldan çox toplasalar da tələbə ola bilmədilər
21 Sentyabr 2020 DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO