b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_tn-bina.jpg
Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilini və tənzimlənməsini təmin etmək məqsədilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmaların hazırlanmasına dair metodiki göstərişlər” hazırlanıb.


Missiya.Az, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumi təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib. Metodiki göstərişlərdə qeyd edilib ki, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə siniflər yarımqruplara bölünür. Təlimin təşkilinin planlaşdırılmasında bildirilib ki, müəllim dərs ilinin əvvəlində illik planlaşdırmada ötən tədris ilindəki məzmunu, xüsusilə mart-iyun aylarında distant şəkildə tədris olunan məzmunu təkrarlamaq üçün müvafiq saatlar ayırır. Bu zaman müəllim üçün metodik vəsaitdə verilmiş istiqamətverici illik planlaşdırma nümunələrinə istinadən tədris planında nəzərdə tutulmuş dərs saatlarını saxlayır. V-XI siniflərdə təbiət-riyaziyyat fənlərinin (riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya) 4-5 saat; humanitar fənlərin hər birinə (Azərbaycan dili, ədəbiyyat, tarix və s.) isə 2-3 saat təkrarın verilməsi nəzərdə tutulur. I siniflərdə Azərbaycan dili, riyaziyyat fənlərinin dərs saatı hesabına 2 həftə məktəbəhazırlıq mərhələsində keçirilmiş məşğələlərin, II-IV siniflərdə isə Azərbaycan dili və riyaziyyat fənlərindən 4-5 saat təkrarın verilməsi nəzərdə tutulur. Tədris ilinin əvvəlində təkrar dərslərin cari ilin mart-iyun aylarında tədris olunmuş mövzular əsasında keçirilməsi mütləq nəzərə alınmalıdır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən ibtidai siniflərdə yaxın mövzular birləşdilir. Mövzuların birləşdirilməsi Pedoqoji şuranın və ya metodbirləşmənin qərarı ilə rəsmiləşdirilir. V-XI siniflərdə ümumiləşdirici və təkrar dərslərə ayrılan saatlar ixtisar edilir. Fənlər üzrə həftəlik dərs saatlarının əyani və ya distant (məsafədən) formada bölgüsü xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına əsasən aparılır. Yeni dərsin, bölmənin ilk 15 dəqiqəsi diaqnostik qiymətləndirməyə ayrılır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən dərslərin tədris planında göstərilmiş saata uyğun əyani və distant keçirilməsi nəzərə alınır. Lisey və gimnaziyaların tədris planlarına Pedoqoji şuranın qərarı ilə müvafiq dəyişikliklər edilə bilər. Dərslikdəki mövzu və tapşırıqların əyani və ya distant tədris olunması məsələsi metodbirləşmənin müzakirəsinə çıxarılaraq kollegial qərar qəbul edilir. Əyani dərslərin müddəti 45 dəqiqə, distant dərslərin müddəti isə 30 dəqiqəyə qədər planlaşdırılır.

15 Oktyabr 2020 Sabaha olan hava proqnozu açıqlandı
14 Oktyabr 2020 “Haber Global” AzTV ilə ortaq yayıma çıxıb - CANLI
13 Oktyabr 2020 Kəmaləddin Heydərov: Dağılmış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək
13 Oktyabr 2020 Продолжаются работы по расширению автодороги до госграницы с Грузией - ФОТО
13 Oktyabr 2020 “Azəriqaz” İB-də kadr dəyişikliyi olub - SİYAHI
30 Sentyabr 2020 DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
28 Sentyabr 2020 Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
28 Sentyabr 2020 Azərbaycanda koronavirusda rekord azalma
27 Sentyabr 2020 Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27 Sentyabr 2020 Hikmət Hacıyev: "Azərbaycan Ordusu işğal olunmuş əraziləri geri alacaq"
25 Sentyabr 2020 Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
25 Sentyabr 2020 "Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
24 Sentyabr 2020 500 baldan çox toplasalar da tələbə ola bilmədilər
21 Sentyabr 2020 DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO