b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_modern.az_modern.az_imtahan_977_516.jpg Azərbaycanda hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci  göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.

Missiya.Az xəbər verir ki,bu barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlilində qeyd olunub. Hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz. Belə ki, ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük veriblər. I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

15 Oktyabr 2020 Sabaha olan hava proqnozu açıqlandı
14 Oktyabr 2020 “Haber Global” AzTV ilə ortaq yayıma çıxıb - CANLI
13 Oktyabr 2020 Kəmaləddin Heydərov: Dağılmış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək
13 Oktyabr 2020 Продолжаются работы по расширению автодороги до госграницы с Грузией - ФОТО
13 Oktyabr 2020 “Azəriqaz” İB-də kadr dəyişikliyi olub - SİYAHI
30 Sentyabr 2020 DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
28 Sentyabr 2020 Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
28 Sentyabr 2020 Azərbaycanda koronavirusda rekord azalma
27 Sentyabr 2020 Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27 Sentyabr 2020 Hikmət Hacıyev: "Azərbaycan Ordusu işğal olunmuş əraziləri geri alacaq"
25 Sentyabr 2020 Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
25 Sentyabr 2020 "Qapalı şəraitdə toy etmək olar" - ŞƏRTLƏR AÇIQLANDI
24 Sentyabr 2020 500 baldan çox toplasalar da tələbə ola bilmədilər
21 Sentyabr 2020 DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO