ggok158.jpg

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Missiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.

Avqustun 6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.



19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
16 Sentyabr 2020 Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
12 Sentyabr 2020 Bu gün küçəyə çıxmayın - ƏHALİYƏ XƏBƏRDARLIQ
11 Sentyabr 2020 Qərar verildi - Metro bu tarixdən açılır - RƏSMİ
10 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı
09 Sentyabr 2020 İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü
09 Sentyabr 2020 Əli Əsədovdan bağçalarla bağlı QƏRAR
08 Sentyabr 2020 Karantin dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb
08 Sentyabr 2020 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu
05 Sentyabr 2020 Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
04 Sentyabr 2020 Sabah hava 35 dərəcə isti olacaq
02 Sentyabr 2020 Marketdən “Badamlı” aldı, içindən dezinfeksiya məhlulu çıxdı - FOTO
02 Sentyabr 2020 AzTV-nin əməkdaşı yol qəzasında vəfat edib
02 Sentyabr 2020 Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı
02 Sentyabr 2020 Sabahın havası: Şimşək, külək, yağış...
31 Avqust 2020 Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA