b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_158867605613439659805eb145d885acf.jpeg

Xəbər verdiyimiz kimi, NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmit araşdırmasında 2020-ci ildə planetdə havanın temperaturunun rekord həddə yüksələcəyini qeyd edib. Yer kürəsinin belə bir durumla üzləşmək ehtimalı 60 faizdir. Milli Okean və Atmosfer Mərkəzindən (NOAA) verilən açıqlamada isə bu nisbətin 75 faiz olduğu bildirilir.

Başqa sözlə, 2020-ci ilin indiyədək müşahidə olunmuş 5 isti ildən biri olacağı proqnozlaşdırılır.

"Hazırda dünyanın ən müasir avadanlıqlarla təchiz olunmuş meteorologiya təşkilatları belə 80%-ə qədər dəqiqliklə uzunmüddətli proqnoz vermək imkanına malik deyil". 

Bunu məsələ ilə bağlı açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.

O bildirib ki, iqlim proseslərinin təbiətində çox sayda birbaşa və dolayısı asılılıqlar mövcuddur:

"Yayın çox da uzaqda olmadığını nəzərə alsaq, təbii ki, onun necə olacağı sualı az əhəmiyyət kəsb etmir. Dünya iqlim mərkəzlərinin iqlimşünasları bu sualı cavablandırmağa cəhd edir. Havanın mövsümi proqnozlaşdırılması kimi çox vacib məsələnin həllində köməyə proqnozlaşdırmanın rəqəmsal modelləşdirməsi gəlir. Müxtəlif mənalı, modullardan ibarət modellər və mümkün variantlarda bu suala cavablar mövcuddur. Bundan əlavə, hər bir mümkün versiyaların həqiqətəuyğunluğu 40-60 % təşkil edir.

Gözlənilən təsirlərin bütün mümkün variantlarının, onların intensivliyinin, əhəmiyyətinin, belə uzun müddətə dəqiqliklə dünyanın bütün regionları üzrə proqnozlaşdırılması hələ ki, iqlimşünaslıq və meteorologiya elmi üçün əlçatmaz bir məsələdir".

U.Tağıyeva ajiotaj yaradan, gerçəklik payı olmayan məlumatların yayılmasının əleyhinə olduğunu və meteorologiya təşkilatlarının uzunmüddətli proqnoz vermək imkanının olmadığını bildirib:

"Tam səmimi sizə bildirirəm ki, hazırkı dönəmdə dünyanın ən müasir avadanlıqlarla təchiz olunmuş meteorologiya təşkilatları belə 80%-ə qədər dəqiqliklə uzunmüddətli proqnoz vermək imkanına malik deyil. Ümumdünya iqlim mərkəzlərinin məlumatlarında mövsüm üzrə qlobal orta temperaturun 0,8-1 dərəcə yüksək olacağı 60 faizlik təminatla deyilir. Bunu nəzərə alaraq, bəzi adamların yayda görünməyən istilərin olacağı ilə əlaqədar inamlı proqnoz vermələri barədə şərhləri məni çox təəccübləndirir. Yer kürəsi kifayət qədər böyük miqyasa malik olduğundan, əlbəttə ki, dünyanın hansısa bir nöqtəsində, məsələn, Tailandda və ya Nevadada bu, uzunmüddətli proqnoz özünü doğrulda bilər.

Son onilliklərdə iqlimin qlobal istiləşməsi ilə əlaqədar müşahidə olunan ümumi tendensiya ilə hansısa dərəcədə razılaşmaq olar. Lakin planetin hər bir regionunda bu proses özünə xas olan individuallıqla keçir – sadə dildə desək, il-ilə uyğun gəlmir.

Buna görə, deyilənləri yekunlaşdıraraq, son illərdə müşahidə olunduğu kimi Azərbaycanda istilik dalğalarının olacağını ehtimal etmək olar. Bu deyimlə, Azərbaycanda 5 və daha çox günlər ərzində 35 dərəcədən yuxarı temperaturun müşahidə olunacağı anlaşılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti müntəzəm hava proqnozu ilə bərabər 2-3 gün öncədən gözlənilən isti hava dalğaları barədə meteohəssas insanlar üçün tibbi-meteoroloji tövsiyələrini verməklə əhalini məlumatlandıracaq".

publika.az



27 Yanvar 2021 Azərbaycanda baş həkim işdən çıxdı
27 Yanvar 2021 Vaqonda yaşayan qazimizə ev verildi – VİDEO
27 Yanvar 2021 Keçmiş hakimlər vəkil kimi fəaliyyətə başlayıblar
27 Yanvar 2021 Azərbaycan-İran körpüsü - Xudafərinlə bağlı qərar - VİDEO
27 Yanvar 2021 Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
27 Yanvar 2021 Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb
27 Yanvar 2021 Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib
27 Yanvar 2021 Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb
27 Yanvar 2021 COVID-19-a qarşı yeni potensial təsirli vasitə tapıldı
26 Yanvar 2021 Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlandı
26 Yanvar 2021 Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb
26 Yanvar 2021 Koronavirus peyvəndi ilə bağlı XOŞ XƏBƏR
26 Yanvar 2021 Koronavirusa yoluxmağa “kömək edən” vasitə
23 Yanvar 2021 Azərbaycanda son sutkada 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 2021 Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa...
23 Yanvar 2021 Azərbaycanda "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq
22 Yanvar 2021 Nazir: "11 500 tələbəyə sosial yardım göstərilib"
21 Yanvar 2021 Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqləndi
20 Yanvar 2021 Gürcüstanda 20 Yanvar şəhidləri anılıb - VİDEO
19 Yanvar 2021 "Azərsu" abunəçilərə müraciət edib