fddssddffddg.JPG

“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının tez olub-olmadığının nəticəsini bir müddət sonra görəcəyik”.

Missiya.Az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, insanlar əvvəlki kimi yaşamağa başlasalar, koronavirusa yoluxma artacaq:

“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının gec və ya tez olmasını koronavirusa yoluxmanın statistikasına baxaraq görə biləcəyik”.

“Tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusun, sanitar-gigiyena qaydalarına riayət etsinlər”, - deyə o qeyd edib.

O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb:

“Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq. Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır”,



01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
14 May 2020 Yaşı 40-dək olan şəxslərin nəzərinə - Bu gündən başlanır
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
28 Aprel 2020 Hava ilə bağlı xəbərdarlıq - Sabahın havası
24 Aprel 2020 49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
24 Aprel 2020 Poçt şöbələrinin iş vaxtı uzadıldı
23 Aprel 2020 Bu şəxslərə də 190 manat veriləcək - Nazirlik məlumat yaydı