b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_13213313122424424e.jpg
Xüsusi karantin rejimi ilə əlaqədar əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımların ödənişlərin veriilmə qrafikində dəyişiklik edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib:

"Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi. Ancaq Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Pirallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımlarının ödənişi isə ayın 28-i tarixində təmin ediləcək".

B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür.


22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
14 May 2020 Yaşı 40-dək olan şəxslərin nəzərinə - Bu gündən başlanır
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
01 May 2020 Azərbaycanda 10 gün ərzində koronavirusla bağlı vəziyyət gərginləşə bilər - AÇIQLAMA
28 Aprel 2020 Hava ilə bağlı xəbərdarlıq - Sabahın havası
24 Aprel 2020 49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
24 Aprel 2020 Poçt şöbələrinin iş vaxtı uzadıldı
23 Aprel 2020 Bu şəxslərə də 190 manat veriləcək - Nazirlik məlumat yaydı