AZ   |   RU
“Zəngəzur dəhlizinə Ermənistan sərhədçiləri yerləşdiriləcək” - Paşinyan

“Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən yola Ermənistan sərhədçiləri yerləşdiriləcək”.


Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisindən Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən yolda erməni sərhədçilərinin dayanmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.


"Bəli, həmin yolda Ermənistanın suverenliyi çərçivəsində Ermənistan sərhədçiləri olacaq. Vətəndaşlarla şəxsi təmas olmayacaq, çünki biometrik pasportlar yoxlanılacaq, lakin onlarla problem yaranarsa, bu aspekt nəzərə alınmalıdır", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:39