b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Screenshot_23.png

Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək".

Missiya.Az xəbər verir ki, bunu İTV-nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Hazırda Azərbaycanda kredit portfeli 15,5 milyard manatdır. Bunun 7 milyard manatı ev təsərrüfatlarına (əhaliyə), qalanı isə biznesə (özəl sektora) verilib. Aydın məsələdir ki, pandemiya və qlobal şokların təsiri altında ödəniş qabiliyyətində problemlər yaranıb. Bu problemləri aradan qaldırmaq üçün dövlət 1 milyard manatlıq paket təqdim edəcək. Burada daha çox sahibkarlara dəstək veriləcək. Amma o sahibkarlara ki, dövlətin qayda-qanunlarına əməl ediblər, kredit tarixçələri də normaldır, yəni kreditləri həmişə vaxtında ödəyiblər və yalnız qlobal vəziyyətlə əlaqədar ödəniş problemləri yaranıb. Eyni meyarlar əsas götürülməklə əhalinin kreditlərinə də bir hissəsinə dəstək verilə bilər", - deyə o, qeyd edib.

V.Qasımlının sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarınım kredit faizi yükünün təxminən 10%-lik hissəsini öz üzərinə götürəcək: "Bu da əhəmiyyətli hissədir. Çünki, bu gün ölkədə biznes kreditlərinin orta illik faiz dərəcəsi 14%-dir. Burada bank sektorunun ayaqda qalması məsələsi də çox vacibdir. Biz yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik. Bir tərəfdən sahibkarın və vətəndaşın marağı qorunacaq, digər tərəfdən isə bank sektorunun dayanıqlığına dəstək veriləcək".

"Bundan başqa, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq. Burada əsas məqsəd sahibkarların dəstəklənməsidir. O sahələr ki, dövlətin prioritet istiqamətləridir və postkorona dövründə iqtisadiyyatın dayanıqlığını təmin edəcək, iş yerləri yaradacaq, vergi bazasını genişləndirəcək, həmin sahələrdə kredit götürüb iş görən sahibkarlara dəstək veriləcək. Amma bunun üçün layihənin dəyərində kreditin payı 15%-i keçməməlidir, bunun da yarısını dövlət ödəcəyək, üstəlik həmin kreditə görə zəmanətin 60%-ni yenə də dövlət verəcək. Bu çox əlverişli bir imkandır ki, Azərbaycan iqtisadiyyatı qlobal şokun təsirindən qısa müddətdə ayılsın, özünə gəlsin. Çünki ucuz maliyyə resursları burada çox böyük əhəmiyyət kəsb edəcək", - deyə İİTKM-nın icraçı direktoru əlavə edib.



03 İyun 2020 Azərbaycanda zəlzələ olub - SON DƏQİQƏ
03 İyun 2020 Təhsil Nazirliyi “Son zəng”lə bağlı qərarını açıqladı
03 İyun 2020 Azərbaycanda məcburi dövlət sosial haqları müvəqqəti azaldılıb
01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
14 May 2020 Yaşı 40-dək olan şəxslərin nəzərinə - Bu gündən başlanır
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
01 May 2020 Azərbaycanda 10 gün ərzində koronavirusla bağlı vəziyyət gərginləşə bilər - AÇIQLAMA