b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1349688f.jpg Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

Missiya.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsəov bildirib ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.



07 Aprel 2020 Pensiya və sosial ödənişlərin veriləcəyi vaxt AÇIQLANDI
07 Aprel 2020 Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
06 Aprel 2020 Əhaliyə spirtlə bağlı ciddi XƏBƏRDARLIQ
02 Aprel 2020 HƏYƏCAN TƏBİLİ! Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO
31 Mart 2020 Kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA
31 Mart 2020 Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı
31 Mart 2020 Dövlət koronovirusa görə tələbələrə də pul verəcək - RƏSMİ
20 Mart 2020 Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir - RƏSMİ
17 Mart 2020 Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
16 Mart 2020 Orta aylıq pensiya 350 manat olacaq - RƏSMİ
05 Mart 2020 Sürücülərə XƏBƏRDARLIQ: Sürət həddi endirildi - SƏBƏB
04 Mart 2020 Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
04 Mart 2020 İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM
03 Mart 2020 Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
03 Mart 2020 Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
02 Mart 2020 “Sədərək” ticarət mərkəzi su altında qaldı - VİDEO
02 Mart 2020 Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
02 Mart 2020 Bu ərazidən köçürülənlərə əlavə pul verilib - RƏSMİ
25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı