b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_aqta_laboratory_150519.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub. Klinikanın nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji Araşdırmalar Mərkəzi” fəaliyyət göstərəcək.

Missiya.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində vəya daxilində ortaya çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, biolojik agent qaynaqlı böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdit ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək.

Həmçinin Mərkəz tərəfindən Quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, Qara Yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyəli laboratoriyaların formalaşdırılması, xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.

AQTA sədri qeyd edib ki, Toksikoloji Araşdırmalar Mərkəzi tərəfindən isə qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də, ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək. Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin biolojik materiallarda toksikoloji analiz laboratoriyaların qurulması və işinin təşkil edilməs, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili, kimyəvi agent qaynaqlı xəstəliklərdən və zəhərlənmələrdən qorunma məqsədi ilə ölkə əhalisinin mütəmadi bilgiləndirilməsi, maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması üzrə fəaliyyət göstərəcək.



02 Aprel 2020 HƏYƏCAN TƏBİLİ! Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO
31 Mart 2020 Kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA
31 Mart 2020 Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı
31 Mart 2020 Dövlət koronovirusa görə tələbələrə də pul verəcək - RƏSMİ
20 Mart 2020 Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir - RƏSMİ
17 Mart 2020 Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
16 Mart 2020 Orta aylıq pensiya 350 manat olacaq - RƏSMİ
05 Mart 2020 Sürücülərə XƏBƏRDARLIQ: Sürət həddi endirildi - SƏBƏB
04 Mart 2020 Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
04 Mart 2020 İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM
03 Mart 2020 Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
03 Mart 2020 Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
02 Mart 2020 “Sədərək” ticarət mərkəzi su altında qaldı - VİDEO
02 Mart 2020 Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
02 Mart 2020 Bu ərazidən köçürülənlərə əlavə pul verilib - RƏSMİ
25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
25 Fevral 2020 Sabah Bakıda bu yollar bağlanacaq
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi