AZ   |   RU
“Paşinyan onun iqtidarını tənqid edənlərə qarşı represiyaları artıracaq” – Müxalifətçi deputat


 

 

Ermənistan hakimiyyətinin kilsəyə, müxalifətə, biznesmen Samvel Karapetyana qarşı hərəkətləri xarici qüvvələrə fon yaratmaq üçün onların hamısını “terrorçu qrup”un üzvü kimi təqdim etmək məqsədi daşıyır”.

 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu iyulun 3-də jurnalistlərlə söhbətində erməni müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

 

Onun qiymətləndirməsinə görə, hakimiyyət bununla kifayətlənməyəcək, hakim qüvvə müxalifətin iqtidarı  təhdid edən bütün bəyanatlarını və hərəkətlərini bu məntiqə sığışdıracaq. 

Abrahamyan əlavə edib ki, bəzi Qərb qüvvələrinin mövqeyi indiki Ermənistan hakimiyyətinə diktatura qurmaqda dəstəkdir. "Bura həm də onların susqunluğu daxildir, baxmayaraq ki, onlar əvvəllər hakimiyyətin atdığı istənilən addımı qəti şəkildə pisləyirdilər. Bütün bunlar Ermənistanda demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinin tapdalanmasına gətirib çıxarıb” - deputat qeyd edib.

 

Elcan

Missiya.Az




  • Bu gün, 14:50