AZ   |   RU
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günü yekunlaşıb


MİQ üzrə test imtahanı mərhələsinin ilk gününün II seansına 4 626 namizəd dəvət olunub və 83% davamiyyət qeydə alınıb. Ümumilikdə 3 iyul tarixinə 9 201 nəfər dəvət edilib və test imtahanlarının I günü üzrə 81% davamiyyət qeydə alınıb. 



Bu barədə Missiya.Az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. 


Qeyd edilib ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.



  • Dünən, 19:00