b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgdgfdgdg.JPG

Sürücülük vəsiqəsi almaq istəyən şəxslərə imtahan üçün Sumqayıtda müvafiq şərait yaradılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsində imtahandan keçən şəxslər təcrübi meydançada öz bacarıqlarını yoxlayırlar.

Meydançada isə istənilən markalı nəqliyyat vasitəsi var.

Missiya.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydançası var.

Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Daha doğrusu, onlar həmin nəqliyyat vasitələrini də idarə etməklə yol hərəkəti qaydalarından əyani olaraq imtahan verirlər.

Gün boyu təxminən 15-20 nəfər bu avtomobillərdən istifadə edir. Avtomobili idarə etməklə imtahan verən şəxslərlə təlimatçılar arasında ünsiyyət olmur.

Təcrübi imtahan verən şəxsin yol hərəkəti ilə bağlı bütün məlumatları avtomobildə olan kompüterdə görünür. Onun imtahanı keçib-keçmədiyi də elə kompüterdə yazılır.

Qeyd edək ki, sistem kompüterləşdirildiyindən avtomobildə təlimatçı oturmaya bilər. Amma imtahan verən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimatçılar heç bir müdaxilə etmədən sürücünün yanında əyləşirlər.





14 Avqust 2020 Eldar Həsənov məhkəməyə gətirildi
13 Avqust 2020 Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12 Avqust 2020 Sabah 35 dərəcə isti olacaq
11 Avqust 2020 Baş nazirdən kafe və restoranlarla bağlı QƏRAR
11 Avqust 2020 Sabah 36 dərəcə isti olacaq
07 Avqust 2020 Baş nazirdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı QƏRAR
07 Avqust 2020 Britaniya XİN-də siçan tutan pişik təqaüdə göndərildi
07 Avqust 2020 Sabah havanın hərarəti 38 dərəcəyə qədər yüksələcək
07 Avqust 2020 13 min insan sosial ödənişlərin alınmasından kənarlaşdırılıb - RƏSMİ
06 Avqust 2020 Sabah səhər yağış yağacaq
05 Avqust 2020 Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO
05 Avqust 2020 Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO/VİDEO
05 Avqust 2020 Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
05 Avqust 2020 Sabahın havası: Leysan, şimşək, dolu
04 Avqust 2020 AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı
04 Avqust 2020 Şimşək, leysan, sel - FAKTİKİ HAVA
04 Avqust 2020 Əhaliyə sosial müavinətlər verilə bilər - Nazir müavini
01 Avqust 2020 Bakıda qurban payı üstündə qarşıdurma: Bir neçə nəfər ayaq altında qaldı - VİDEO
01 Avqust 2020 Sosial şəbəkədə görüntülər yayıldı, Bakı polisi hərəkətə keçdi: Məsuliyyətə cəlb olunanlar var - VİDEO
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA