b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75446565_2543011102588898_489415333015191552_n.jpg

Ta qədimlərdən payıza bolluq-bərəkət fəsli  deyilib, toy-düyün mağarları bu fəsildə qurulub,bayram yığnaqları ilin bu çağına salınıb.Ruzinin bol olduğu bu bərəkətli fəslin Lənkəranda  öz gözəlliyi var.Mübaliğəsiz deyirəm, payız dünyanın heç yerində  Lənkərandakı kimi  füsunkar ,ecazkar deyil.İnanmırsınız? Gəlin, görün,bu gözəlliyə şahid olub təbiətdən zövq alın,ürəkdolusu sevinin.Biz  lənkəranlılar diyarımızın   min çeçidli nemətlərini  paylaşmağa hazırıq.Cənub qonaqpərvərliyi, istiqanlığı  ifadəsi boş yerə deyilməyib ki?Dünyanın cənnət mənzərəsini seyr etmək ,nemətlərindən dadmaq  üçün elə bu bazar  günü  yolunuzu  bizim  cənnətməkan-Xan Lənkərandan salsanız , çox şey qazanaqcaqsınız!...Qızılı payızın qızılı-kəhrəbalı ahəngini,təbiətin rənglər harmoniyasının sehrini gözlərinizlə görəcək, könlünüzcə  olan bir bayrama şahidlik edəcəksiniz.

Yol boyu görəcəyiniz  narıngi, limon plantasiyalarının kəhrəba sarılığı, sitrus məhsullarının xoş rayihəsi  ağzınızı sulandıracq. Narıngi qoxusunun limon ətrinə qarışdığı bu məkana səfər etməklə  payızın dadını çıxaracaqsınız.Yerli Lənkəran çayından  dəmlənmiş məxməri çayı da  bayram günü sizlərdən kimsə əsirgəməz.Çəltik biçini başa çatdığından, yerli düyülərdən bişirilmiş növbənöv plovlar da festivalın bayram süfrəsini bəzəyəcək.Arif  olsanız ətrindən  bilərsiniz ki, daddığınız plovların hansı  “Sədri”, hansı “Haşimi”, hansı “Akulə” düyüsündən bişirilib.

Bu il şükürlər ki, hər sahədə bolluqdur. Yaradan bərəkət süfrəsini bu diyarda sərib.Çəltik məhsulu da boldur, yaşıl çay da, sitrus da. Barın ağırlığından yerə baş qoyan meyvə ağaclarını görəndə ixtiyarsız “maşallah” deyəcəksiniz...

Bayram gününü bayram ovqatında keçirmək istəyənlər,noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ənənəvi  “III Çay, Çəltik, Sitrus Festivalı”nı qaçırmayın! Səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayacaq  festivalın ötən illərdə olduğu kimi  günboyu davam edəcək.

Tədbirin təçkilatçıları qonaqlara, iştirakçılara maraqlı,rəngarəng  bayram  tədbiri  vəd edir.Bayramın proqramı ilə  tanış olun:Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

Yeri gəlmişkən,cənub mətbəxinin  ləziz-dadlı təamlarından olan  çöl quşlarından hazırlanmış çölmək kabablarını da  festival günü  dadmaq şansınız olacaq.Bu şansı qaçırmayın, bu bayramı qaçırmayın!Əsl bayram, payız ovqatına köklənmək,maraqlı,qeyri-adi bazar günü keçirmək istəyirsinizsə,dünyanın ən dilbər güşəsi, ən qonaqpərvər məkanı olan Xan Lənkərana gəlin,festivalımıza qatılın.Bazar gününü,24 noyabr tarixini  ömrünüzün payız nağılına çevirin! Gözləyirik!


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76695098_2424920324416351_6845951477802860544_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76642471_989906291376414_3312820704763707392_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75588144_527071684539161_1471255886356807680_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_72197641_278354659715659_8856313944076189696_n.jpg

 

24 Yanvar 2020 Bakıda axşam saatlarında qısamüddətli sulu qar yağacaq
23 Yanvar 2020 Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
21 Yanvar 2020 Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21 Yanvar 2020 Azərbaycanda bu xəstəxanalar pulsuz oldu - SİYAHI
20 Yanvar 2020 Bakıda temperatur 0 dərəcəyə qədər düşəcək - QAR YAĞACAQ?
15 Yanvar 2020 Sabah intensiv qar yağacaq, şaxta olacaq
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
08 Yanvar 2020 Pensiya almaq istəyənlərə ŞAD XƏBƏR: Yaş həddində dəyişiklik
03 Yanvar 2020 Azərbaycanın şimalına güclü qar yağdı: maşınlar yollarda qaldı
25 Dekabr 2019 Bakıda bu avtobuslar səhərə qədər işləyəcək - SİYAHI
20 Dekabr 2019 Dekabrın 23-ü qeyri-iş günü olacaq?
19 Dekabr 2019 Azərbaycanda səhiyyə pulu ola bilər - RƏSMİ AÇIQLAMA
18 Dekabr 2019 Sənədsiz evlərlə bağlı MÜJDƏ - VİDEO
17 Dekabr 2019 2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM
17 Dekabr 2019 Azərbaycanda bu stansiyalar köçürüləcək - RƏSMİ
16 Dekabr 2019 Gələn il pensiya yaşı artırılır - Belə olacaq - CƏDVƏL
13 Dekabr 2019 Əhaliyə hava ilə bağlı xoş xəbər
12 Dekabr 2019 Məktəblərdə bayram tətili neçə gün olacaq? - RƏSMİ
12 Dekabr 2019 Dönərxanalara yararsız toyuq əti paylayan sexdən İYRƏNC GÖRÜNTÜLƏR