b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FGYHGHTYUYTU.jpg

“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!”layihəsi çərçivəsində Lənkəran şəhərinin mərkəzində yerləşən “Mayak” hotelində bir günlük təlim təşkil etmişdir.

Təlimdə Lənkəran rayonunda yerləşən  orta, orta-texniki və həmçinin texniki-peşə  məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.      

Təlimdə iştirak edən 25 nəfər gənc üçün insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə  bağlı bir günlük təlim keçirmişdir. Təlimdə ictimai birliyin təlimçisi Qafar  Cəfərov və ”Hüquqi Yardım” ictimai birliyinin hüquqşünası  İlqar Qasımov  insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçmişlər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76933382_430780297873817_7517605752110841856_n.jpg

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75233753_438338196868110_8143787919165882368_n.jpg

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilmişdir.  

Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılmışdır.

24 Yanvar 2020 Bakıda axşam saatlarında qısamüddətli sulu qar yağacaq
23 Yanvar 2020 Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
21 Yanvar 2020 Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21 Yanvar 2020 Azərbaycanda bu xəstəxanalar pulsuz oldu - SİYAHI
20 Yanvar 2020 Bakıda temperatur 0 dərəcəyə qədər düşəcək - QAR YAĞACAQ?
15 Yanvar 2020 Sabah intensiv qar yağacaq, şaxta olacaq
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək
08 Yanvar 2020 Pensiya almaq istəyənlərə ŞAD XƏBƏR: Yaş həddində dəyişiklik
03 Yanvar 2020 Azərbaycanın şimalına güclü qar yağdı: maşınlar yollarda qaldı
25 Dekabr 2019 Bakıda bu avtobuslar səhərə qədər işləyəcək - SİYAHI
20 Dekabr 2019 Dekabrın 23-ü qeyri-iş günü olacaq?
19 Dekabr 2019 Azərbaycanda səhiyyə pulu ola bilər - RƏSMİ AÇIQLAMA
18 Dekabr 2019 Sənədsiz evlərlə bağlı MÜJDƏ - VİDEO
17 Dekabr 2019 2020-ci ilin qeyri-iş günləri açıqlandı - TƏQVİM
17 Dekabr 2019 Azərbaycanda bu stansiyalar köçürüləcək - RƏSMİ
16 Dekabr 2019 Gələn il pensiya yaşı artırılır - Belə olacaq - CƏDVƏL
13 Dekabr 2019 Əhaliyə hava ilə bağlı xoş xəbər
12 Dekabr 2019 Məktəblərdə bayram tətili neçə gün olacaq? - RƏSMİ
12 Dekabr 2019 Dönərxanalara yararsız toyuq əti paylayan sexdən İYRƏNC GÖRÜNTÜLƏR