b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_mahite29okt12.jpg
Azərbaycan Respublikası Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili, sosial reklamların çəkilməsi, insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsini yekunlaşdırıb. 
 
Missiya.Az xəbər verir ki, layihə çərçivəsində Şamaxıda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) və Cəlilabadda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı) tədbirlər keçirilib.
 
ADPU Şamaxı filialında keçirilən tədbir zamanı direktor Tünzalə Yusifova, Cəlilabadda isə ADPU-nun yerli filialının direktoru Xudayar Sultanlı qonaqları təqdim ediblər, iştirakçılara mövzunun mahiyyəti barədə qısa açıqlama verib.
 
Tədbirlərdə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədinin insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji və hüququ yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.
 
Şamaxıdakı tədbirdə çıxış edən DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Məmmədov və Cəlilabaddakı tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Əhmədov çıxışlarında tədbir iştirakçılarına cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələrindən danışıblar. Rafiq Məmmədov və İbrahim Əhmədov insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat veriblər. Natiqlər tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilatı və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıblar. 
 
Təhsil üzrə ekspert, psixoloq Aygün Şərifova gənclərin müasir dövrdəki sosial-psixoloji durumlarını və yaşam tərzlərini nəzərə alaraq, onlara yaxından diqqət göstərərək, maarifləndirici istiqamətdə söhbətlər aparıb. Ekspert deyib ki, gənclərin və yeniyetmələrin psixoloji durumuna təsir edən internet klubları, əyləncə mərkəzləri daim diqqət mərkəzində saxlanılmalı və nəzarət altında fəaliyyət göstərməlidirlər ki, sabah başqa fəsadlar özünü göstərməsin.
 
Tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_mahite29okt3.jpegb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_mahite29okt2.jpegb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_mahite29okt1.jpeg
 
20 Noyabr 2019 Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək
18 Noyabr 2019 Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək - FOTO
18 Noyabr 2019 Lənkəranda insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO
15 Noyabr 2019 Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə!
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
12 Noyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
12 Noyabr 2019 33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
12 Noyabr 2019 Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
07 Noyabr 2019 "PDL" şirkətinə qarşı ittihamlar təsdiqlənmədi - "Böhtandır"
07 Noyabr 2019 Bu şəxslərə pulsuz mənzillər verildi
06 Noyabr 2019 Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə keçirilir - FOTO
06 Noyabr 2019 Samir Şərifovdan maaş artımı ilə bağlı ŞAD XƏBƏR
31 Oktyabr 2019 “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir
30 Oktyabr 2019 Temperatur 5-8 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
28 Oktyabr 2019 Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə!
25 Oktyabr 2019 Boyu 160 sm-dən hündür xanımların nəzərinə - RƏSMİ
25 Oktyabr 2019 Bakıda bu yollar bağlıdır - XƏBƏRDARLIQ
23 Oktyabr 2019 Azərbaycanda ət satanlara - Şad xəbər
22 Oktyabr 2019 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu - VİDEO
18 Oktyabr 2019 Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazır açıqladı