b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_71654912_471391387051454_988582543894773760_n.jpg
Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində “Önəmli olan, məhsulun tərkibi bizim sağlamlığımızdır,“Çalışaq, sağlam olaq mövzusunda Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə elmi nəzəri praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetin Mehmanxana və Restoran biznesi kafedrasının müdiri Novruz Əmirxan oğlu Quliyev tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib.

Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var.

Layihənin rəhbəri M. Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərdən və keçirilən tədbirlərdə çox saylı gənclərin faydalanmasından söhbət açıb və qeyd edib ki, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır.

Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir. “Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”. 

Azərbaycan Turizm Menecmen Universitetinin Mehmanxana və Restoran biznesi kafedrasının dosenti Çingiz Əliyev qeyd edib ki, Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Yeganə qanun "Toxumculuq haqqında" qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar AMEA-n Azərbaycan Tarix Muzeyinin baş məsləhətçisi , Saəbayil rayon YAP –n müzeydə dayaq mərkəzinin sədri P. Əzimova qeyd edərək bildirdi ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur.

Tədbirdə, çıxış edənlər Azərbaycan Turizm və Menecment Universitetin Karyera və Kommunikasiya şöbəsinin müdir müavini S.Məmmədova ,Universitetin xidmət mühəndisliyi fakutəsinin tələbələri Ə.Uzunalova ,T.Qarayev, A.Abdulayeva ,layihə üzrə təşkilat komitəsinin üzvü G.İskəndərova və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar.

Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə,qonaqlara maarifləndirici buklek və təsvirli köynəklər paylanmışdır.

Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.

Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin tələbələri Universitetin pedoqoji kollektivi rayon ictimaiyyət nümayəndələri,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər. Daha sonra tələbələrin sualları cavablandırılıb. Tədbirdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək paylanılıb. Layihə iştirakçıları əsasən 18-19- yaş arası olan gənclərdən ibarət olub.



06 İyul 2020 39 dərəcə isti olacaq - PROQNOZ
02 İyul 2020 Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
02 İyul 2020 Marketlərə giriş məhdudiyyətlərlə olacaq!
02 İyul 2020 Təyyarəyə yalnız bu şəxslər buraxılacaq
02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
23 İyun 2020 SMS icazə ilə bağlı XƏBƏRDARLIQ
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
17 İyun 2020 Hava kəskin dəyişir: Sel gələcək - XƏBƏRDARLIQ
16 İyun 2020 İcra hakimiyyətlərinin saytları monotonluq girdabında - Osman Gündüzdən müsahibə
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB
09 İyun 2020 Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
09 İyun 2020 Azərbaycanda xüsusi karantin rejimi uzadılıb
09 İyun 2020 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
03 İyun 2020 Azərbaycanda zəlzələ olub - SON DƏQİQƏ
03 İyun 2020 Təhsil Nazirliyi “Son zəng”lə bağlı qərarını açıqladı