b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1566191751_25239484-85d0-48cf-9ee5-fd8e0d5798e7.jpg
Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Missiya.Az xəbər verir ki, bu barədə sürücü Zəfər Məmmədov deyib.

Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir.

Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur.

Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib.

Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var.

Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.

 

Xəzər TV

20 Sentyabr 2019 Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq
16 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
13 Sentyabr 2019 Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR
11 Sentyabr 2019 679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
10 Sentyabr 2019 Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
09 Sentyabr 2019 Bakıda bu marşrut xəttləri birləşdirilir
06 Sentyabr 2019 Şənbə gününün hava proqnozu açıqlanıb
05 Sentyabr 2019 Hacı Şahin Həsənli mükafatlandırılıb
04 Sentyabr 2019 BŞİ-dən sakinlərə MÜRACİƏT
03 Sentyabr 2019 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO
30 Avqust 2019 Sentyabr ayına olan hava proqnozu açıqlanıb
29 Avqust 2019 Sabah külək əsəcək, arabir güclənəcək
28 Avqust 2019 Leysan yağacaq, dolu düşəcək
27 Avqust 2019 Sabah hava necə olacaq?
22 Avqust 2019 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq