b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hfdhdhd.jpg

Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlət başçısının diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.

Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.



21 Yanvar 2021 Putinlə Bayden görüşəcəkmi?
20 Yanvar 2021 Bayden ABŞ prezidenti kimi ilk bu fərmanları imzalayacaq
20 Yanvar 2021 Bu gün ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək
20 Yanvar 2021 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
20 Yanvar 2021 Donald Tramp yeni siyasi partiya yaradır
19 Yanvar 2021 Azərbaycan erməni rəsmilərin Qarabağa səfərinin qarşısını necə ala bilər? - AÇIQLAMA
19 Yanvar 2021 İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib
18 Yanvar 2021 Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb
18 Yanvar 2021 “Bayden Kiyev vasitəsi ilə Rusiyaya təzyiq edəcək, Ukraynada baza quracaq” - Puşkov
18 Yanvar 2021 Rusiyanın XİN başçısı: "Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir"
18 Yanvar 2021 Lavrov: "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur"
16 Yanvar 2021 Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16 Yanvar 2021 Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək
16 Yanvar 2021 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
15 Yanvar 2021 Rusiya XİN: 11 yanvar bəyanatının yerinə yetirilməsi Cənubi Qafqazın xeyrinədir
14 Yanvar 2021 Ceyhun Bayramov Pakistan Prezidentilə görüşüb
14 Yanvar 2021 Pakistan prezidenti Qarabağın azad olunması münasibətilə Azərbaycanı təbrik edib
14 Yanvar 2021 Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzaladı
13 Yanvar 2021 Pakistanın XİN başçısı Azərbaycanı torpaqlarının azad olunması münasibətilə təbrik edib
13 Yanvar 2021 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb - FOTO