b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_tttttt.jpg

Prezident İlham Əliyev Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

"Missiya.Az" xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Qardaşım.

 

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


30 Noyabr 2020 PA-nın şöbə müdiri: "AXCP və “Milli Şura” inadla siyasi dialoqdan yayınıb"
30 Noyabr 2020 Sülhməramlılar Xankəndidə hərbi xəstəxana qurdular - Video
29 Noyabr 2020 Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
27 Noyabr 2020 Rusiya XİN-dən Qarabağ və Türkiyə barədə AÇIQLAMA
26 Noyabr 2020 Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
25 Noyabr 2020 Prezidentin köməkçisindən Fransa Senatının qərəzli qərarı ilə bağlı AÇIQLAMA
25 Noyabr 2020 Fransa Senatının qərəzli mövqeyi - VİDEO
24 Noyabr 2020 Sədaqət Vəliyeva: Beynəlxalq hüquq əsirlərimizin talehi ilə bağlı məsələdə ciddi sınağa çəkilir
23 Noyabr 2020 Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - FOTO
23 Noyabr 2020 Almaniya hərbçiləri Türkiyənin humanitar yük aparan gəmisinə hücum ediblər
23 Noyabr 2020 Norveç Rusiyadakı Baş Konsulluğunu bağlayıb
23 Noyabr 2020 Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək
22 Noyabr 2020 Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
21 Noyabr 2020 Şoyqu ilə Lavrov Ermənistandadır
21 Noyabr 2020 Lavrov Qarabağ razılaşmasından danışdı
20 Noyabr 2020 Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı baş tutub
20 Noyabr 2020 Milli Məclisdə 15 yeni medalın təsis edilməsi təklif olunur
20 Noyabr 2020 Ermənistanın Müdafiə Naziri istefa verdi
19 Noyabr 2020 Lavrov: "Qarabağda atəşkəs məsələsində ABŞ və Fransa da iştirak edib"
19 Noyabr 2020 Putin Qarabağ üzrə Rusiya-Türkiyə müşahidə mərkəzindən danışdı