b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_olutr.jpg

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Missiya.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.

Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib. 

 



23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
17 Sentyabr 2020 TƏHLÜKƏLİ OYUN! Rusiya Ermənistanı silahlandırır - Bakının müharibə hazırlığı - Həmsəsdlər niyə susur? - ŞƏRH
17 Sentyabr 2020 Sahibə Qafarova və Valentina Matviyenko Moskvada görüşəcəklər
16 Sentyabr 2020 Ermənilər Tərtərdəki mövqelərimizi atəşə tutub - RƏSMİ
15 Sentyabr 2020 Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
15 Sentyabr 2020 İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”
14 Sentyabr 2020 SENSASİON İDDİA: İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır
14 Sentyabr 2020 Əmircanda yeni park istifadəyə verildi - FOTO
10 Sentyabr 2020 Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
09 Sentyabr 2020 Türkiyəli general İdlibdə şəhid oldu
09 Sentyabr 2020 İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında
09 Sentyabr 2020 Prezidentdən səfərbərliklə bağlı SƏRƏNCAM
08 Sentyabr 2020 Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi
07 Sentyabr 2020 İlham Əliyev: “Azərbaycan İslam həmrəliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir”
07 Sentyabr 2020 Ombudsman Səbinə Əliyeva Tofiq Yaqublu ilə görüşdü