b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_SedaqetV.jpg

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verdiyindən dinamikanın saxlanılması şərt oldu. Bu səbəbdən də, sərtləşdirilmiş karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb.

Missiya.Az  xebər verir ki, AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, yollardan postların yığışdırılmasından sonra polislərin daha da gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcək. Ayın 5-dən sonrakı iki həftə ərzində də sərt qaydalar olacaq, hətta çoxsaylı insanların istifadə etdiyi metro xidməti tamamilə bağlanacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər məhdudiyyətlər də tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da artıq qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq etdi. Amma bu, insanlarımızda əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi yenidən alovlandırmamalıdır. Biz birlikdə güclü olduğumuz üçün pandemiyaya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbrlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək.

“Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbrli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tex çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nə qədər ki pandemiya şəraiti və karantin sürəcək, bunun dövlətimizə də, hər bir vətəndaşımıza da zərəri olacaq. Təsəvvür edin ki, hazırda koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatına 2 trilyon dollara qədər zərər dəyib. ABŞ-da əhalinin təxminən 40 faizi işsiz vəziyyətə düşüb. Avropa iqtisadiyyatının bərpası üçün 400 milyard avro tələb olunur. Hətta, bu gün Avropa ölkələrində gənclərin işsizlik səviyyəsi 30 faizə yüksəlib. Bütün bunlar əlbəttə ki, Azərbaycana da təsir edir. Amma hər bir halda dövlət müxtəlif proqramlarla vəziyyəti stabil saxlamağa çalışır. Lakin bilməliyik ki, səbrli və təmkinli olmağımız, pandemiyanı birgə tez bir zamanda məğlub etməyimiz nəticəsində dövlətimizin vəziyyəti, iqtisadiyyat stabilləşəcək.



06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
03 Avqust 2020 Ermənistanla Faşist Almaniyası arasında oxşarlıqlar nədir?
01 Avqust 2020 Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı
01 Avqust 2020 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır
31 İyul 2020 Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM
30 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
29 İyul 2020 Prezident Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub
29 İyul 2020 İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışında - FOTO
28 İyul 2020 Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik
28 İyul 2020 Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi
28 İyul 2020 Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO
27 İyul 2020 Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı Qərar