b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_58bf752d-181d-4b2b-932d-89bd9f501419.jpg

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub.

Missiya.Az xəbər verir ki, S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

report.az



09 Aprel 2020 Fuad Muradov: “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır” - VİDEO
08 Aprel 2020 İran səfiri Azərbaycana təşəkkür etdi
08 Aprel 2020 Türkiyədə terrorçular beş dinc sakini öldürdü: Əməliyyat başladı
07 Aprel 2020 Səudiyyə Ərəbistanı neftlə bağlı Rusiyaya ultimatum verib
06 Aprel 2020 Hərbi xidmətə çağırışla bağlı RƏSMİ MƏLUMAT
06 Aprel 2020 İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
04 Aprel 2020 İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi
02 Aprel 2020 Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
02 Aprel 2020 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarın qüvvəyə minmə vaxtını uzatdı
31 Mart 2020 İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın
31 Mart 2020 Evdən çıxarkən üstünüzdə bu SƏNƏDLƏR OLSUN - XƏBƏRDARLIQ
27 Mart 2020 "Boş şey deməklə” əllərimizi yelləsək mənzillərimizdə hər gün meyid görəcəyik" - Mirşahin Ağayev
25 Mart 2020 Qeyri-iş günləri bu dövlət orqanları və qurumlarına aid deyil - SİYAHI
19 Mart 2020 Prezident koronavirusa görə 1 milyard manat ayırdı - SƏRƏNCAM
18 Mart 2020 Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
16 Mart 2020 Prezident sərəncam imzaladı: 63 min nəfər əhaliyə ŞAD XƏBƏR
13 Mart 2020 Prezident "Azərsığorta"nın sədrini işdən çıxardı - SƏRƏNCAM
12 Mart 2020 Prezidentin Ukraynaya səfir təyin etdiyi Elmira Axundova kimdir? - DOSYE
12 Mart 2020 Vaşinqtonda fövqəladə hal elan edildi - Koronavirusa görə
11 Mart 2020 Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü