b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdfgdfgghfghg.JPG

"Doğrudan da bu seçkilər çox önəmli idi: Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi".

Missiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər", - deyə Prezident əlavə edib.

Dövlət başçısı bildirib ki, indi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır: "Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var".



07 Aprel 2020 Səudiyyə Ərəbistanı neftlə bağlı Rusiyaya ultimatum verib
06 Aprel 2020 Hərbi xidmətə çağırışla bağlı RƏSMİ MƏLUMAT
06 Aprel 2020 İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
04 Aprel 2020 İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi
02 Aprel 2020 Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
02 Aprel 2020 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarın qüvvəyə minmə vaxtını uzatdı
31 Mart 2020 İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın
31 Mart 2020 Evdən çıxarkən üstünüzdə bu SƏNƏDLƏR OLSUN - XƏBƏRDARLIQ
27 Mart 2020 "Boş şey deməklə” əllərimizi yelləsək mənzillərimizdə hər gün meyid görəcəyik" - Mirşahin Ağayev
25 Mart 2020 Qeyri-iş günləri bu dövlət orqanları və qurumlarına aid deyil - SİYAHI
19 Mart 2020 Prezident koronavirusa görə 1 milyard manat ayırdı - SƏRƏNCAM
18 Mart 2020 Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
16 Mart 2020 Prezident sərəncam imzaladı: 63 min nəfər əhaliyə ŞAD XƏBƏR
13 Mart 2020 Prezident "Azərsığorta"nın sədrini işdən çıxardı - SƏRƏNCAM
12 Mart 2020 Prezidentin Ukraynaya səfir təyin etdiyi Elmira Axundova kimdir? - DOSYE
12 Mart 2020 Vaşinqtonda fövqəladə hal elan edildi - Koronavirusa görə
11 Mart 2020 Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü
10 Mart 2020 Zahid Oruc da komitə sədri oldu
10 Mart 2020 Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL
08 Mart 2020 Mehriban Əliyeva qadınları təbrik etdi - FOTO