b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1577450971_modern.az_siyavus_991.jpg

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı toplanması ölkə gündəmim oldu.

Missiya.Az xəbər verir ki, Partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı barədə Modern.az-ın suallarını cavablandırıb.

O, qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb:

“5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, dövlətçilik və digər məsələlərlə bağlı atdıqları addımlar nəzərə alınıb.

Bunun nəticəsi olaraq, növbəti siyahı hazırlanarkən həmin məsələlər önə çəkilir. Tədqiqatların nəticəsində hansı xarakterli namizədlərin irəli sürülməsi, köhnə namizədlərin yenidən irəli sürülüb-sürülməməsi məsələsi seçicilərlə sosiaoloji sorğu şəklində müzakirə olunub.

Nəticədə partiyanın namizədlər siyahısı tərtib edilib. Bundan əlavə partiya sədrinin tapşırıq və göstərişləri də bu məsələdə xüsusi nəzərə alınır.

Həyata keçirilən islahatlar, burada Milli Məclisin oynadığı rol, xüsusilə YAP üzvləri tərəfindən qarşıya qoyulan vəzifələrin necə yerinə yetirilməsi diqqətə alınır”.

Siyavuş Novruzov onu da vurğulayıb ki, partiya həm gənclərin, həm də qadınların bütün seçkilərdə iştirakına üstünlük verib:

“Bundan öncə keçirilən bələdiyyə seçkilərində də xeyli gənclərin və qadınların namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Parlament seçkilərində də namizədlərimiz arasında gənclər, qadınlar üstünlük təşkil edir”.

YAP rəsmisinin sözlərinə görə, partiya 123 dairədən namizəd irəli sürüb:

“Cəmi iki dairədən namizəd irəli sürməmişik. Naxçıvan Muxtar  Respublikasında 3 saylı seçki dairəsindən və Xankəındi seçki dairəsindən namizədimiz yoxdur. Qalan bütün dairələrdən namizədlərimiz var.

Deputat həmkarlardan bəzilərinin siyahıdan kənarda qalmasına gəlincə isə bu qərar YAP idarə heyətinin qərarıdır”.

Novruzov onu da əlavə edib ki, Yeni zərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub:

“Kim maraqlanırsa, oradan götürə bilər”.



25 May 2020 XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır - Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Prezident nazir müavini təyin etdi
21 May 2020 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
21 May 2020 Prezident İmişli rayonuna İcra Başçısı təyin etdi - SƏRƏNCAM
15 May 2020 Gənclər Cənab Prezidentə minnətdardır
15 May 2020 Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
14 May 2020 Prezidentdən Tibb Universitetilə bağlı SƏRƏNCAM
14 May 2020 Prezident bu rayona 652 min manat ayırdı - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda məmurlar vətəndaşları belə qəbul edəcək - Prezidentdən FƏRMAN
13 May 2020 Konstitusiya Məhkəməsi Zakir Qaralov barədə qərar verə bilər
13 May 2020 Baş Nazir yeni qərar imzaladı
12 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışını etdilər - FOTO
09 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
08 May 2020 Vladimir Putin Azərbaycan xalqını təbrik etdi
07 May 2020 İlham Əliyev koronavirusa görə tapşırıq verdi:"Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq"
07 May 2020 Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib
07 May 2020 İlham Əliyev: "Sosial-iqtisadi inkişafda enmə müşahidə etməyimiz istisna deyil"
06 May 2020 Prezident DTX-nin saxladığı İcra başçısı ilə bağlı sərəncam imzaladı
06 May 2020 Deputatlar bu icra başçısına görə mübahisə etdi: "25 yetimin yesirin qapısını..." - VİDEO